Misli Premyer Liqası və Azərbaycan kubokunda 2025-ci ildə keçiriləcək növbəti oyunlarının cədvəlləri açıqlanıb.
“Qəbələ”nin çempionatın XIII-XVI turları, həmçinin kubokun 1/8 final mərhələsindəki matçının vaxtı və yeri dəqiqləşib.
“Qırmızı-qaralar” XIII turda “Araz-Naxçıvan”ı qəbul edəcək. Noyabrın 30-da Qəbələ şəhər stadionunda baş tutacaq oyunun start fiti 16:30-da veriləcək.
Dekabrın 4-də “Qəbələ” kubok görüşünə çıxacaq. 1/8 finalın “Şəfa” ilə Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşması saat 15:00-da başlayacaq.
XIV turun dekabrın 8-də keçiriləcək “Qəbələ” – “Turan Tovuz” qarşılaşması saat 17:00-da başlayacaq. Görüş Qəbələ şəhər stadionunda təşkil olunacaq.
XV turun “Kəpəz” – “Qəbələ” matçı Yevlax şəhər stadionunda baş tutacaq. Dekabrın 14-də keçiriləcək oyun saat 14:00-da başlayacaq.
“Qəbələ” 2025-ci ildə son matçına dekabrın 21-də çıxacaq. XVI turun “Qarabağ”la görüşü Qəbələ şəhər stadionunda keçiriləcək və saat 15:00-da start götürəcək.