“Qəbələ”nin 6 futbolçusu Azərbaycan U-18 yığmasına çağırılıb. Bunlar Cavidan İzzətli, Ülvü Mədətov, Süleyman Damadayev, Rauf Rüstəmli, Gülağa Əsədov və Taleh Qarayevdir. Onlar 18 yaşadək futbolçulardan ibarət milli komandanın təlim-məşq toplanışında iştirak edəcəklər. Hazırlıq prosesi sentyabrın 16-dan 22-dək Bakıda gerçəkləşəcək. Toplanışdan bir gün öncə futbolçular və məşqçi heyəti COVİD-19 testindən keçəcəklər.