19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Lüksemburqda keçirəcək oyunlarında çıxış edəcək yığmaya “Qəbələ”nin 6 oyunçusu dəvət alıb. Bunlar Xəyal Səmədov, İbrahim Ramazanov, Süleyman Damadayev, Mehrac Baxşəli, Rauf Rüstəmli və Gülağa Əsədovdur. Millimiz noyabrın 10-da Belçika, 13-də İspaniya, 16-da Lüksemburqla qarşılaşacaq.