“Qəbələ”nin 6 oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 13 Noyabr 2026 | 16:2420
“Qəbələ”nin 6 oyununun vaxtı müəyyənləşdi

Misli Premyer Liqası və Azərbaycan kubokunda oyun cədvəlləri açıqlanıb.

 

“Qəbələ”nin çempionatın XIII, XIV, XV, XVI və XVII turlarındakı oyunları, həmçinin kubokun 1/8 finalında keçirəcəyi görüşün vaxtı dəqiqləşib. Komandamız noyabrın 29-da “Şamaxı”nın qonağı olacaq. Şamaxı şəhər stadionunda keçiriləcək qarşılaşma saat 14:30-da başlayacaq.

 

Dekabrın 5-də Yevlax şəhər stadionunda keçiriləcək “İmişli” – “Qəbələ” matçı saat 14:30-da start götürəcək. Altı gün sonra Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Kəpəz” oyunu 16:30-da başlayacaq. 

 

2026-cı ilin son oyununa dekabrın 20-də çıxacaq “qırmızı-qaralar”ın “Neftçi” ilə “Palms Sports Arena”da baş tutacaq görüşü saat 17:15-də start götürəcək. 2027-ci ilin ilk oyunu yanvarın 22-də “Sumqayıt”a qarşı olacaq. Qəbələ şəhər stadionundakı matç saat 16:00-da başlayacaq.

 

“Qəbələ” kubokun 1/8 final oyununa dekabrın 2-də çıxacaq. “Şahdağ Qusar”la Qəbələ şəhər stadionundakı görüş saat 16:00-da başlayacaq.