“Qəbələ”nin 7 futbolçusu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına çağırılıb. Bunlar Süleyman Damadayev, Orxan Səlimov, Ülvi Mədətov, Gülağa Əsədov, Rauf Rüstəmli, Ümid Həmzəyev və Mehrac Baxşəliyevdir. Onlar yığmanın təlim-məşq toplanışında iştirak edəcəklər. Millimiz aprelin 20-dən 30-dək hazırlıq keçəcək. Toplanış Bakıda baş tutacaq.