“Qəbələ”nin 7 futbolçusu 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına çağırılıb. Bunlar İbrahim Ramazanov, Nuğay Rəşidov, Emil Süleymanov, Farid Qələndərov, İxtiyar Məmiyev, Sərxan Mirzəzadə və Namiq Şamilovdur. Onlar yığmamızın Bakıda keçiriləcək təlim-məşq toplanışında iştirak edəcəklər. Yığmamızın hazırlıq prosesi mayın 4-dən 9-dək keçiriləcək