«Qəbələ»nin 7 futbolçusu milli komandada
Xəbərlər / 22 Sentyabr 2020 | 16:24205
«Qəbələ»nin 7 futbolçusu milli komandada

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Qəbələ”nin 7 üzvü yığmaya dəvət alıb. Bunlar Məmməd Muradov, İbrahim Ramazanov, Namiq Şəmilov, İxtiyar Məmiyev, Nuğay Rəşidov, Emil Süleymanov və Fərid Kələntərovdur. Futbolçularımız millinin sentyabrın 24-dən 30-dək Bakıda keçiriləcək təlim-məşq toplanışına qatılacaq. Toplanışdan bir gün öncə futbolçular və məşqçi heyəti COVİD-19 testindən keçəcəklər.