«Qəbələ»nin 7 futbolçusu milli komandada
Xəbərlər / 22 Oktyabr 2020 | 10:52159
«Qəbələ»nin 7 futbolçusu milli komandada

“Qəbələ”nin 7 futbolçusu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına çağırılıb. Bunlar İxtiyar Məmiyev, Namiq Şəmilov, İbrahim Ramazanov, Məmməd Muradov, Nuğay Rəşidov, Fərid Kələntərov və Emil Süleymanovdur. Onlar yığmanın təlim-məşq toplanışında iştirak edəcək. Millimiz oktyabrın 23-dən noyabrın 3-dək hazırlıq keçəcək. Toplanış Bakıda baş tutacaq. Hazırlıq prosesindən bir gün öncə futbolçular və məşqçi heyəti COVİD-19 testindən keçəcəklər.