“Qəbələ”nin 7 üzvü 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına çağırılıb. Həsən Həsənli, Ülvü Mədətov, Süleyman Damadayev, Rauf Rüstəmli, Taleh Qarayev, Gülağa Əsədov və Mehrac Baxşəli yığmanın təlim-məşq toplanışına dəvət olunub. Onlar martın 9-dan 19-dək Tovuzda “Turan Tovuz” Futbol Akademiyasında keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək. U-19 toplanış ərzində martın 13-də “Turan Tovuz”, 14-də isə “Kəpəz”lə yoxlama oyunu keçirəcək.