«Qəbələ»nin 8 futbolçusu Azərbaycan yığmasında
Xəbərlər / 19 Fevral 2021 | 09:18168
«Qəbələ»nin 8 futbolçusu Azərbaycan yığmasında

“Qəbələ”nin 8 üzvü 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına çağırılıb. Bunlar Məmməd Muradov, Samir Ağayev, Murad Musayev, Ravil Qafarov, Rüfət Bədəlzadə, Şahin Şahniyarov, Eşqin Əhmədov və Sənan Ağalarovdur. Onlar fevralın 20-dən martın 2-dək Tovuzda “Turan Tovuz” Futbol Akademiyasında baş tutacaq təlim-məşq toplanışında iştirak edəcək. Yığmamız toplanış ərzində fevralın 25-də “Turan Tovuz”, martın 2-də isə “Kəpəz”lə yoxlama oyunu keçirəcək.