«Qəbələ»nin 8 futbolçusu Azərbaycan yığmasında
Xəbərlər / 9 Avqust 2021 | 13:03180
«Qəbələ»nin 8 futbolçusu Azərbaycan yığmasında

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. “Qəbələ”nin 8 üzvü hazırlıq prosesində iştirak edəcək. Bunlar Məmməd Muradov, Ravil Qafarov, Samir Ağayev, Murad Musayev, Rüfət Bədəlzadə, Şahin Şahniyarov, Eşqin Əhmədov və Sənan Ağalarovdur. Yığmamız avqustun 10-dan 16-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.