«Qəbələ»nin 8 futbolçusu Azərbaycan yığmasında
Xəbərlər / 12 Oktyabr 2022 | 12:18918
«Qəbələ»nin 8 futbolçusu Azərbaycan yığmasında

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Qəbələ”nin 8 oyunçusu yığmaya dəvət alıb.

Bunlar Murad Musayev, Samir Ağayev, Ravil Qafarov, Eşqin Əhmədov, Şahin Şahniyarov, Rüfət Bədəlzadə, Sənan Ağalarov və Elmir Hüseynlidir. Millimiz oktyabrın 13-dən 16-dək Bakıda, 17-dən 21-dək isə Gürcüstanın Rustavi şəhərində təlim-məşq toplanışında olacaq. 

Bakı toplanışından sonra Gürcüstana gedəcək yekun heyət müəyyənləşəcək. Millimiz hazırlıq çərçivəsində oktyabrın 18-də və 21-də gürcüstanlı yaşıdları ilə iki yoldaşlıq oyunu keçirəcək.