Azərbaycan Premyer Liqasının XI turunun rəmzi komandası və ən yaxşı futbolçusu müəyyənləşib. “İnStat” şirkətinin təhlilinə əsasən tərtib olunan “11-lik”də “Qəbələ” hamıdan çox – 8 futbolçu ilə təmsil olunub. Bu, onların “Səbail”lə ev oyununa (3:0) görə yüksək indekslərə layiq görülmələri ilə bağlıdır.
Bunlar qapıçı Anar Nəzirov (250), müdafiəçilər Yusif Nəbiyev (257), Qismət Alıyev (245), yarımmüdafiəçilər Ülvi İsgəndərov (247), Merab Qiqauri (319), Fernan Lopez (308), Roman Hüseynov (250) və hücumçu Davit Volkovdur (313). Merabla Davit mövsümdə 3-cü, Qismətlə Fernan 2-ci dəfə turun komandasına düşübsə, digərləri ilk dəfə “11-lik”də yer alıblar. Qiqauri həm də ən yüksək indeksə layiq görüldüyü üçün turun futbolçusu seçilib.