«Qəbələ»nin 8 futbolçusu yığmanın yekun heyətində
Xəbərlər / 16 Oktyabr 2022 | 14:11901
«Qəbələ»nin 8 futbolçusu yığmanın yekun heyətində

18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb. Oktyabrın 18-də və 21-də Gürcüstanda bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə iki matç keçirəcək yığmamızda “Qəbələ”nin 8 futbolçusu yer alıb.

Bunlar Murad Musayev, Samir Ağayev, Ravil Qafarov, Eşqin Əhmədov, Şahin Şahniyarov, Rüfət Bədəlzadə, Sənan Ağalarov və Elmir Hüseynlidir. Onlar oktyabrın 13-dən Bakıda təlim-məşq toplanışında olan komandanın yekun heyətinə daxil edilib.