“Qəbələ”nin UEFA Gənclər Liqasında 2021/22 mövsümünün I mərhələsindəki oyunlarının vaxtı dəqiqləşib. Çempionlar yolunda mübarizə aparacaq U-19 komandamız Niderland “Alkmaar”ı ilə qarşılaşacaq.
Sentyabrın 29-dakı ilk görüş Qəbələ şəhər stadionunda baş tutacaq. Matç saat 17:00-da başlayacaq.
Cavab qarşılaşması oktyabrın 19-da təşkil olunacaq. Matç “AZ Təlim-Məşq Mərkəzi”ndə baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Xatırladaq ki, bu cütün qalibinin növbəti rəqibi “Şikszereda” (Rumıniya) – “Anje” (Fransa) matçında müəyyənləşəcək.