«Qəbələ»nin altı futbolçusu U-19-da
Xəbərlər / 2 Fevral 2023 | 15:501648
«Qəbələ»nin altı futbolçusu U-19-da

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. “Qəbələ”nin altı oyunçusu yığmaya çağırılıb. Bu futbolçular Murad Musayev, Samir Ağayev, Eşqin Əhmədov, Şahin Şahniyarov, Ravil Qafarov və Sənan Ağalarovdur.

Hazırlıq prosesi Türkiyənin Antalya şəhərində keçiriləcək. Toplanışa fevralın 4-dən 12-dək təşkil olunacaq.

Komandamız hazırlıq çərçivəsində üç yoxlama oyunu keçirəcək. Millimiz fevralın 6-da Tacikistanın, 8-də və 11-də isə Səudiyyə Ərəbistanının 20 yaşadək futbolçularından ibarət komandası ilə qarşılaşacaq.