İranın paytaxtı Tehranda taekvondo üzrə G2 kateqoriyalı "Fajr Open" beynəlxalq turniri keçirilib. Qadınlardan ibarət Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun baş məşqçisi Səbuhi Zülfüqarov yarışı fərdi mükafatla başa vurub. Mütəxəssis turnirin "Ədalətli məşqçi"si adına layiq görülüb.
Xatırladaq ki, yarışda bir gümüş və bir bürünc medal qazanan Azərbaycan millisi komanda hesabında 4-cü yeri tutub.