19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. “Qəbələ”nin 5 üzvü hazırlıq prosesi üçün açıqlanan heyətdə yer alıb. Eşqin Əhmədov, Ravil Qafarov, Şahin Şahniyarov, Sənan Ağalarov və Xəyyam Məmmədli oktyabrın 11-dən 13-dək Bakıda, 13-dən 17-dək isə Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək toplanışa qatılacaq. Hazırlıq çərçivəsində iki yoldaşlıq oyunu baş tutacaq. U-19 oktyabrın 14-də və 16-da Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.