“Qəbələ”nin beş futbolçusu U-21-də
Xəbərlər / 23 May 2026 | 21:4327
“Qəbələ”nin beş futbolçusu U-21-də

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.

 

“Qəbələ”nin 5 futbolçusu U-21 yığmasına çağırılıb. Ceyhun Bağırzadə, Eşqin Əhmədov, Nuğay Rəşidov, Qədir Ramazanov və Şahin Şahniyarovun heyətində yer alacağı millimiz mayın 28-dən 30-dək Bakıda, mayın 31-dən iyunun 10-dək isə Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq.

 

U-21 Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı 2 yoldaşlıq oyunu keçirəcək. “Sav” stadionunda baş tutacaq hər iki matçın Bakı vaxtı ilə saat 18:00-da başlanması nəzərdə tutulur.