17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının avqustun 31-dən sentyabrın 7-dək Bakıda təlim-məşq toplanışı olacaq. Hazırlıq prosesində “Qəbələ”nin 5 futbolçusu iştirak edəcək. Samir Ağayev, Rüfət Bədəlzadə, Şahin Şahniyarov, Eşqin Əhmədov və Sənan Ağalarovun heyətində yer aldığı millimiz hazırlıq çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək. U-17 sentyabrın 3-də və 6-də türkiyəli yaşıdları ilə qarşılaşacaq.