Avqustun 9-da Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarına start veriləcək. Azərbaycan bu mötəbər yarışda 281 idmançı ilə təmsil olunacaq. İslam Həmrəyliyi Oyunlarında “Qəbələ”nin beş təmsilçisi də mübarizə aparacaq.
Taekvondoçularımız Cavad Ağayev (68 kq) və Məhəmməd Məmmədov (74 kq) qonşu ölkədə dayanq üzərinə çıxacaq. Cüdoçu İmran Yusifov (+100 kq) yarışın medalları uğrunda mübarizə aparacaq. Konyada qüvvəsini sınayacaq futbol üzrə Azərbaycanın U-23 yığmasının heyətində də iki oyunçumuz yer alıb. Bu futbolçular İbrahim Ramazanov və Mehrac Baxşalıdır.
Xatırladaq ki, İslam Həmrəyliyi Oyunları avqustun 18-dək davam edəcək. 55 ölkədən 6 minə yaxın idmançı 19 növdə 380 dəst medal uğrunda yarışacaq.