«Qəbələ»nin boksçusu Azərbaycan çempionu adını qazandı
Boks / 3 Mart 2019 | 22:461648
«Qəbələ»nin boksçusu Azərbaycan çempionu adını qazandı

Yeniyetmə boksçular arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub. “Qəbələ” İdman klubunun təmsilçisi Nurlan Qasımov 70 kq çəki dərəcəsində uğurla çıxış edib. Dzaxli kəndini təmsil edən klubumuzun Qəbələ bölməsinin boksçusu keçirdiyi bütün görüşlərdə qələbə qazanıb. O, Azərbaycan çempionu tituluna yiyələnərək Boks Mərkəzində baş tutan yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qəbələ şəhər 5 saylı orta məktəbin şagirdi olan Qasımov həm də çempionatın ən texnikalı boksçusu seçilib. 

Xatırladaq ki, yarışda Bakı və respublikanın müxtəlif bölgələrini təmsil edən 50-yə yaxın komandanın 268 idmançısı  mükafatlar uğrunda mübarizə aparıb.  6 gün davam edən birincilikdə 2003-2004-cü il təvəllüdlü yeniyetmələr güclərini yoxlayıblar.