«Qəbələ»nin boksçusundan bürünc medal
Xəbərlər / 16 Fevral 2022 | 20:44150
«Qəbələ»nin boksçusundan bürünc medal

Gənc boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub. “Qəbələ” İdman Klubunun boksçusu Tofiq Quliyev yarışda uğurla çıxış edib. 48 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinala qədər bütün döyüşlərdə qələbə qazanıb. Finalın bir addımlığında büdrəyən boksçumuz bürünc mükafata yiyələnib.

Xatırladaq ki, yarışda 50 komandanın 176 boksçusu qüvvəsini sınayıb. 6 gün davam edən turnirdə 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.