2023-2024-cü illər mövsümünün hazırlığını Türkiyənin Bolu şəhərində davam etdirən “Qəbələ”nin yoxlama oyunlarındakı sonuncu rəqibi müəyyənləşib. “Qırmızı-qaralar” Şimali Makedoniyanın “Qostivar” klubu ilə qarşılaşacaq. Bu matç iyulun 19-da baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
“Qostivar”ın əsası 1998-ci ildə qoyulub. Bu klub eyniadlı şəhəri təmsil edir. 2022-2023-cü illər mövsümündə ikinci dəstədə 2-ci yeri tutan komanda Şimali Makedoniyanın ən güclülərinin mübarizə apardığı birinci liqaya vəsiqə qazanıb.
Xatırladaq ki, Boluda iki yoxlama oyunu keçirən “Qəbələ” Moldova “Sukleya”sı (4:2) və Rusiya “Orenburq”u (1:1) ilə qarşılaşıb.