«Qəbələ»nin cüdoçusu Avropa çempionu oldu
Cüdo / 1 İyul 2016 | 20:26713
«Qəbələ»nin cüdoçusu Avropa çempionu oldu

“Qəbələ” İdman Klubunun təmsilçisi Rövşən Əliyev yeniyetmə cüdoçuların Finlandiyada keçirilən Avropa birinciliyində uğurla çıxış edib. 41 ölkədən 421 idmançının mübarizə apardığı yarışın ilk günündə tatami üzərinə çıxan cüdoçumuz 50 kq çəki dərəcəsində Avropa çempionu olub.
İlk qarşılaşmada Ermənistan idmançısı Qaspar Ayrepetyanı məğlub edən Əliyev ardınca rumıniyalı Pol Onofreydən üstün olub. Yarımfinalda yığmadakı komanda yoldaşı Raşxan Baxşəliyevə qalib gələn idmançımız həlledici görüşdə Macarıstan təmsilçisi Çasnad Peçko ilə qarşılaşıb. İdmançımız bu qarşılaşmada da tatamidən qalib ayrılıb. Beləliklə, Avropa çempionatında keçirdiyi 4 qarşılaşmada qalib gələn Əliyev qızıl medala yiyələnib.