“Qəbələ”nin Donetskdəki ilk 3 günü - Fotoreportaj
Xəbərlər / 13 Mart 2012 | 11:13504
“Qəbələ”nin Donetskdəki ilk 3 günü - Fotoreportaj

Xəbər verdiyimiz kimi “Qəbələ”nin 1997-ci il təvəllüdlü futbolçularından ibarət komandası (U-15) təlim-məşq məqsədilə Ukraynanın Donetsk şəhərinə yollanıb. Martın 9-dan 16-dək baş tutacaq səfər “Qəbələ” ilə Ukraynanın “Şaxtyor” klubu arasındakı əməkdaşlıq çərçivəsində atılan növbəti addımdır. 

Artıq 3 günü arxada qalan toplamışın ilk gününü paraktiki və nəzəri məşqlərlə tamamlayan  “Qəbələ” növbəti gün “Şaxtyor” U-15 komandası ilə qarşılaşıb. İlk hissəsi 0:0 hesabilə yekunlaşan matçın ikinci yarısında təmsilçimiz qapısında 5 cavabsız top görüb. “Qəbələ” meydançaya aşağıdakı heyətlə çıxıb:
Yusif Şirinov, Orxan Mehrəlizadə, Bəhlul Mustafayev, Mirəli Məmmədzadə (Ayhan Əsədov), Məhəmməd Hüseynov (Həsənağa İsmayılov), Emin Zamanov (Tural Məmmədrzayev), Əli Səmədov (Fərid Əsədli), Roman Hüseynov, Coşqun Süleymanov (Sahil Mirzəyev), Yusif Nəbiyev (Ülvi İskəndərov), Vügar Əlibabayev.

Matçdan sonra komandamız  “Donbass Arena”nı gəzib. Avropanın ən gözəl stadionlarından sayılan “Donbass Arena” ilə yaxın tanışlıqdan sonra futbolçularımız “Şaxtyor”un muzeyində və fanshopunda olublar. 
Üçüncü gün isə “Şaxtyor”un məşqçiləri - vaxtilə “Simurq”da top qovmuş Mixail Starostyak və Oleq Oleq Pestryakov futbolçularımıza məşq keçiblər. Məşqin ardından “Şaxtyor” Futbol Akademiyasının direktoru Patrik fon Liuven və ukraynalı məşqçilərlə fikir mübadiləsi aparılıb.