«Qəbələ»nin dörd futbolçusu Azərbaycan yığmalarında
Xəbərlər / 10 Avqust 2019 | 00:31296
«Qəbələ»nin dörd futbolçusu Azərbaycan yığmalarında

“Qəbələ”nin dörd futbolçusu Azərbaycan milli komandalarına dəvət olunub. İki oyunçumuz – Amin Seydiyev və Rövlan Muradov U-21-ə çağırılıb. Onlar yığmanın təlim-məşq toplanışına qatılacaqlar. Millimiz avqustun 11-12-də Bakıda hazırlıq keçəcək.

Anna Abulaşvili və Lamiyə Qurbanova isə 19 yaşadək qızlardan ibarət milliyə dəvət alıb. Onlar avqustun 14-21-də Bakıda təşkil olunacaq hazırlıqlarda iştirak edəcəklər.