21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayıb. Hazırlıq prosesində “Qəbələ”nin 4 futbolçusu iştirak edir. Bunlar Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli və Rövlan Muradovdur. Yığma Bakıda hazırlıq keçir. Toplanış fevralın 18-dək davam edəcək.