Azərbaycanın qarışıq döyüş sənətləri (MMA) idmançıları Gürcüstanın paytaxtı Tbilisi şəhərində IMMAF tərəfindən təşkil olunan dünya çempionatında iştirak ediblər.
Yarışda məşqçi Şəhriyar Abbasovun rəhbərliyi altında mübarizə aparan komandamız 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olub.
“Qəbələ” İdman Klubunun üzvlərindən Nərmin Əliyeva (52 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Klubumuzun digər nümayəndəsi Cəfərsadiq Mirzəyev (66 kq) gümüş mükafata yiyələnib. Milli komandamızın üzvü Qəzənfər Qasımlı (79 kq) yarışı 3-cü yerdə başa vurub.
Qeyd edək ki, Azərbaycan idmançısı ilk dəfə IMMAF tərəfindən təşkil olunan dünya çempionatında qızıl medala layiq görülüb.