Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Tofiq Musayev UFC-nin Bakı turnirində iştirak edəcək.
Turnirdə üçüncü Azərbaycan təmsilçisi olan Tofiqin rəqibi də bəllidir. 35 yaşlı idmançımız iyunun 21-də Mıqtıbek Orolbay ilə qarşılaşacaq.
Qeyd edək ki, bu döyüş Musayevin UFC-də ilk çıxışı olacaq.