“Qəbələ”nin döyüşçüsündən “Rizin”də növbəti qələbə - - Fotoreportaj
Xəbərlər / 14 İyun 2025 | 23:5014002
“Qəbələ”nin döyüşçüsündən “Rizin”də növbəti qələbə - - Fotoreportaj

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Vüqar Kərəmov növbəti qələbəsini qazanıb.

 

İdmançımız “Rizin Landmark 11” turnirində fərqlənib. 71 kq çəkidə çıxış edən Kərəmov yaponiyalı Şuya Kimura ilə qarşılaşıb.

 

Üç raundluq döyüş Yaponiyanın Sapporo şəhərində baş tutub. Vüqar hakimlərin qərarı ilə qələbə qazanıb.

 

Bu, idmançımızın “Rizin” çərçivəsində 7-ci qələbəsi olub. 10-cu döyüşünü keçirən Kərəmov bunadək məğlub olmayan rəqibinin 5 döyüşlük qələbə seriyasına son qoyub.