«Qəbələ»nin düşərgəsində iki yeni futbolçu
Xəbərlər / 19 İyul 2013 | 12:59367
Avstriyanın Zalsburq bölgəsində növbəti mövsümün hazırlıqlarını davam etdirən "Qəbələ"nin düşərgəsinə 2 yeni futbolçu qoşulub. Bunlar "Qəbələ" Futbol Akademiyasının yetirmələri olan və ötən mövsüm əvəzedici heyətdə yer almış yarımmüdafiəçi Elvin Camalov və qapıçı Fərid Ağayevdir. Xatırladaq ki Elvin Camalov 1995-ci il fevralın 4-ü , Fərid Ağayev isə 1994-cü il iyunun 8-də anadan olub.