«Qəbələ»nin əməkdaşı fəxri diplomla təltif olundu
Xəbərlər / 27 Dekabr 2019 | 15:26212
«Qəbələ»nin əməkdaşı fəxri diplomla təltif olundu

Azərbaycan Gənclər və İdman Nazirliyi 2019-cu ilə yekun vurub. Bununla bağlı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil olunan tədbirdə il ərzində fərqlənən idmançı, məşqçi, hakim, klub nümayəndələri mükafatlandırılıb, həmçinin digər nominasiyalarda ən yaxşılar təltif olunub. “Qəbələ” İdman Klubunun əməkdaşı Səbuhi Qarayev də tədbirdə mükafatlandırılıb. O, bədən tərbiyəsi və idmanın inkişafında göstərdiyi xidmətlərə görə fəxri diplom təltif edilib.