“Qəbələ”nin ev sınağı
Xəbərlər / 10 Aprel 2025 | 12:001005
“Qəbələ”nin ev sınağı

Bu gün I Liqada XXI tura start veriləcək.

 

“Qəbələ” turun ikinci günündə meydana çıxacaq. “Qırmızı-qaralar” sabah “Difai” ilə görüşəcək.

 

Misli Premyer Liqasına vəsiqəni təmin edən Kaxaber Tsxadadzenin yetirmələri rəqibini Qəbələ şəhər stadionunda qəbul edəcək. Cari mövsüm I Liqanın ev oyunlarında qol buraxmayan komandamız quru seriyanı davam etdirməyə çalışacaq. 52 xalla yarışın lideri olan “Qəbələ” ardıcıl 3-cü ev qələbəsini qazanmaq üçün mübarizə aparacaq.

 

Qeyd edək ki, görüş saat 17:00-da başlayacaq.

 

I Liqa

XXI tur

11 aprel (cümə)

17:00. “Qəbələ” – “Difai”

Hakimlər: Rövşən Rəcəbov, Nurlan Əhmədzadə, Sadiq Əliyev, Niyaz Əhmədov

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Qəbələ şəhər stadionu