Topaz Premyer Liqasının 2012-2013 mövsümü üzrə təsnifat mərhələsinə yekun vurulub. 22 turun nəticəsinə əsasən müvafiq olaraq "Neftçi", "İnter", "Qarabağ", "Simurq", "Qəbələ" və "Bakı" ilk "altılıq"da mübarizə aparmaq hüququ qazanıb. AZAL, "Xəzər-Lənkəran", "Turan", "Sumqayıt", "Rəvan" və "Kəpəz" isə ikinci "altılığ"ın taleyinə aydınlıq gətirəcək. XXII tur tamamlandıqdan sonra final mərhələsinin təqvimi də müəyyənləşib. Təqvimə əsasən "Qəbələ" ilk turda doğma meydanda "İnter"i qəbul edəcək:
Birinci altılıq
“Bakı” – “Neftçi
“Qəbələ” – "İnter"
“Simurq - "Qarabağ"
İkinci altılıq
“Sumqayıt” – “Turan”
“Rəvan” – Xəzər Lənkəran
“Kəpəz” – AZAL
"Qəbələ" digər rəqiblərlə aşağıdakı ardıcıllıqla qarşılaşacaq:
II tur: "Qarabağ" - "Qəbələ"
III tur: "Qəbələ" - "Simurq"
IV tur: "Qəbələ" - "Bakı"
V tur: "Neftçi" - "Qəbələ"
VI tur: "Qəbələ" - "Qarabağ"
VII tur: "Simurq" - "Qəbələ"
VIII tur: "Bakı" - "Qəbələ"
IX tur: "Qəbələ" - "Neftçi"
X tur: "İnter" - "Qəbələ"