19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bolqarıstanın Albena şəhərində təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq. Yığmamızın turnir üçün yekun heyəti açıqlanıb. U-19-un heyətində “Qəbələ”nin üç futbolçusu da yer alıb. İbrahim Ramazanov, Samir Agayev və Şahin Şahniyarov sentyabrın 18-dən 28-dək keçiriləcək turnirdə iştirak edəcək.
Xatırladaq ki, millimiz sentyabrın 21-də Bolqarıstan, 24-də Türkiyə, 27-də Lüksemburqla qarşılaşacaq.