«Qəbələ»nin futbolçusu Azərbaycan millisində
Xəbərlər / 4 Sentyabr 2023 | 10:001920
«Qəbələ»nin futbolçusu Azərbaycan millisində

Azərbaycan milli komandasının heyəti açıqlanıb. AVRO-2024-ün seçmə mərhələsində Belçika, beynəlxalq yoldaşlıq oyununda isə İordaniya yığması ilə qarşılaşacaq komandaya “Qəbələ”nin bir futbolçusu çağırılıb. 

Emil Səfərov millinin bu ay keçiriləcək matçlarına dəvət alıb. Yığmamız sentyabrın 9-da Belçikanı, üç gün sonra isə İordaniyanı qəbul edəcək. Hər iki qarşılaşma "Dalğa Arena"da baş tutacaq.