“Qəbələ”nin futbolçusu Şahin Şahniyarov Azərbaycan millisinə çağırılıb. O, bu ay keçiriləcək yoldaşlıq oyunları üçün heyətdə yer alıb.
Yığmamız martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti, üç gün sonra “Bank Respublika Arena”da Belarusla qarşılaşacaq. Komanda təlim-məşq toplanışına martın 17-də start verəcək.