“Qəbələ”nin futbolçusu Azərbaycan millisində
Xəbərlər / 23 May 2025 | 16:1214661
“Qəbələ”nin futbolçusu Azərbaycan millisində

“Qəbələ”nin futbolçusu Şahin Şahniyarov Azərbaycan millisinə çağırılıb. O, iyunda keçiriləcək yoldaşlıq oyunları üçün heyətdə yer alıb.

 

Komanda təlim-məşq toplanışına mayın 27-də start verəcək. Millimiz iyunun 7-də Riqadakı “Skonto” stadionunda Latviya, üç gün sonra isə “Liv Bona Dea Arena”da Macarıstanla qarşılaşacaq.

 

Qeyd edək ki, Şahin Azərbaycan millisində 1 oyun keçirib.