“Qəbələ”nin futbolçusu Azərbaycan millisində
Xəbərlər / 29 Avqust 2025 | 11:0212765
“Qəbələ”nin futbolçusu Azərbaycan millisində

“Qəbələ”nin futbolçusu Şahin Şahniyarov Azərbaycan millisinə çağırılıb. 

 

O, sentyabrda DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Ukrayna yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyətdə yer alıb. Milli komanda sentyabrın 1-də təlim-məşq toplanışına start verəcək. 

 

Millimiz sentyabrın 5-də Reykyavikdəki “Lauqardalsvollur” stadionunda İslandiya ilə qarşılaşacaq. Yığmamız dörd gün sonra isə Tofiq Bəhramov adına Respublika Stadionunda Ukraynanı qəbul edəcək.