“Qəbələ”nin futbolçusu Ariz Kərimov Azərbaycanın U-17 yığmasına çağırılıb.
Onun heyətində yer aldığı 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası martın 11-dən 14-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Yığmamız martın 14-də, saat 13:00-da, “Kapital Bank Arena”da “Sumqayıt”ın U-19 komandası ilə yoxlama oyununda üz-üzə gələcək.
U-17 martın 15-dən 25-dək Albaniyada Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək. Komandamız B Liqasının 6-cı qrupunda meydan sahibləri və Uelsin müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.