“Qəbələ”nin futbolçusu dünya çempionatında
Xəbərlər / 16 Sentyabr 2025 | 15:0914286
“Qəbələ”nin futbolçusu dünya çempionatında

“Qəbələ” gənc futbolçusu Salihu Nasiru FİFA U-20 Dünya Çempionatında iştirak edəcək.

 

18 yaşlı futbolçu Çilidə keçiriləcək mundialda mübarizə aparacaq Nigeriya millisinin 21 nəfərlik heyətinə daxil edilib.

 

Nigeriya U-20 millisi sentyabrın 27-də start götürəcək dünya çempionatının final mərhələsində F qrupunda Kolumbiya, Səudiyyə Ərəbistanı və Norveç komandaları ilə eyni qrupda mübarizə aparacaq.

 

Qeyd edək ki, Salihu Nasiru daha əvvəl Nigeriyanın U-20 millisinin heyətində 4 oyunda iştirak edib.