«Qəbələ»nin futbolçusu Qlazqoda 17-yə çatdı
Xəbərlər / 11 Sentyabr 2018 | 01:31297
«Qəbələ»nin futbolçusu Qlazqoda 17-yə çatdı

UEFA Millətlər Liqasında II turun növbəti oyunları keçirilib. “Qəbələ”nin futbolçusu Sabien Lilayın şərəfini qoruduğu Albaniya millisi də növbəti sınağına çıxıb. C liqasının 1-ci qrupunda yer alan albaniyalılar Şotlandiyanın qonağı olub. Qlazqonun “Hampden Park” stadionunda keçirilən matça start heyətində çıxan Lilay 90 dəqiqə meydanda olub. Lakin onun komandası səfərdən xalsız dönüb. İkinci hissədə vurulan 2 cavabsız qol britaniyalılara qələbə qazandırıb.

Xatırladaq ki, bu oyun Sabienin millidə 17-ci matçı olub.