«Qəbələ»nin futbolçusu qol vurdu, millimiz xal qazandı
Xəbərlər / 11 Yanvar 2017 | 23:06421
«Qəbələ»nin futbolçusu qol vurdu, millimiz xal qazandı

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdə 2-ci turun oyunları keçirilib. 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qazaxıstan yığması ilə qarşılaşıb. 2:2 hesabı ilə başa çatan görüşdə “Qəbələ”nin futbolçuları da çıxış edib. Yığmamızın 86-cı dəqiqədəki bərabərlik qolunu da akademiyamızın yetirməsi Fərid Nəbiyev vurub. Meydana kapitan kimi çıxıb, 90 dəqiqə mübarizə aparan yarımmüdafiəçimiz hesab 1:2 olarkən yığmamıza 1 xal qazandıran qola imza atıb. Klubumuzun daha bir üzvü - qapıçı Murad Popov da matçı əvəzolunmadan keçirib.