«Qəbələ»nin futbolçusu U-15-də
Xəbərlər / 1 May 2022 | 00:12162
«Qəbələ»nin futbolçusu U-15-də

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Hazırlıq prosesində “Qəbələ”nin oyunçusu Ariz Kərimov da iştirak edəcək. Futbolçumuz mayın 1-dən 7-dək təşkil olunacaq toplanışa çağırılan heyətdə yer alıb. Yığmanın hazırlıqları Bakıda keçiriləcək.