“Qəbələ”nin futbolçusu U-15-də
Xəbərlər / 24 Sentyabr 2024 | 15:05635
“Qəbələ”nin futbolçusu U-15-də

“Qəbələ”nin futbolçusu Nicat Rəhimli Azərbaycanın U-15 yığmasına çağırılıb. 15 yaşadək futbolçulardan ibarət millimiz Belarusun paytaxtı Minskdə UEFA İnkişaf Turnirində iştirak edəcək.

 

Turnir sentyabrın 27-dən oktyabrın 5-dək keçiriləcək. U-15 Belarus Futbol Federasiyasının Təlim-Məşq Mərkəzində Belarus, Rusiya və Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.