“Qəbələ”nin futbolçusu Allahverdi Şirinov Azərbaycanın U-16 yığmasına çağırılıb. Onun heyətində yer aldığı 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası noyabrın 18-dən 24-nə qədər təlim-məşq toplanışı keçəcək.
Hazırlıq prosesi Qəbələdə baş tutacaq. Millimiz toplanış çərçivəsində noyabrın 20-də, saat 16:00-da “Qəbələ”nin U-17 komandası ilə yoxlama görüşü keçirəcək.