“Qəbələ”nin futbolçusu U-17-də
Xəbərlər / 16 Mart 2026 | 22:1030
“Qəbələ”nin futbolçusu U-17-də

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.

 

“Qəbələ”nin futbolçusu Allahverdi Şirinov yığmaya dəvət olunub. Onun heyətində yer aldığı komanda martın 17-dən 20-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.

 

Millimiz Avropa çempionatının seçmə mərhələsinin II raundunun oyunları üçün martın 21-də Bolqarıstanın Plovdiv şəhərinə yollanacaq.

 

B Liqasının 2-ci qrupunda yer alan U-17 orada Bolqarıstan, Litva və Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Bakı toplanışından sonra Bolqarıstana yollanacaq yekun heyətdə 20 futbolçu qalacaq.