Sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələrin X Respublika Oyunlarının final mərhələsi keçirilib. Balakəndə baş tutan yarışda “Qəbələ” İdman Klubunun güləşçiləri də çıxış edib. 2002-2003-cü il təvəllüdlü idmançıların sərbəst güləş yarışlarında klubumuzun 5 idmançısı da qüvvəsini sınayıb. 85 kq çəki dərəcəsində çıxış edən Əli Həsənov keçirdiyi 4 görüşün hamısında qalib gələrək, birinciliyi qızıl medalla başa vurub.