“Qəbələ”nin hazırlıq planı müəyyənləşdi
Xəbərlər / 17 İyun 2025 | 11:5313827
“Qəbələ”nin hazırlıq planı müəyyənləşdi

“Qəbələ”nin yay hazırlıq planı bəlli olub.

 

Komandamız iyunun 30-da Qəbələdə hazırlıqlara başlayacaq. Toplanışın ilk mərhələsi 14 gün davam edəcək.

 

Bu müddət ərzində 2 yoxlama oyunu planlaşdırılıb. Hazırlıq  matçları iyulun 6-sı və 14-ü baş tutacaq. İkinci yoxlama oyunu “Şamaxı”ya qarşı keçiriləcək.

 

Təlim məşq toplanışının ikinci mərhələsinə iyulun 14-də start veriləcək. Avqustun 8-dək Qəbələdə davam edəcək hazırlıq dövründə daha 5 oyun keçirilməsi planlaşdırılır. Rəqiblər və matçların vaxtı barədə məlumat veriləcək.